"Dekabank" nizamnaməsində dəyişiklik edə bilər

"Dekabank" nizamnaməsində dəyişiklik edə bilər Bankın səhmdarları növbədənkənar toplanacaq
Maliyyə
8 İyun , 2016 09:28
Dekabank nizamnaməsində dəyişiklik edə bilər

Bakı. 8 iyun. REPORT.AZ/ Cari il iyulun 11-də "Dekabank"ASC-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 14/16 ünvanında "Dekabank"ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bank rəsmi qəzetdə elan yerləşdirib.

Yığıncağın gündəliyinə 2015-ci il maliyyə hesabatının təsdiqi, Bankın nizamnaməsində dəyişikliyin edilməsi və digər məsələlər daxildir. 

Son xəbərlər

Orphus sistemi