​DB: Rusiyada işsizlik və yoxsulluq artacaq

​DB: Rusiyada işsizlik və yoxsulluq artacaq Dünya Bankı bu il Rusiya iqtisadiyyatının 3,8% azalacağını proqnozlaşdırır
Maliyyə
9 Aprel , 2015 15:13
​DB: Rusiyada işsizlik və yoxsulluq artacaq

Bakı. 9 aprel. REPORT.AZ/ Qərbin sanksiyaları və dünya bazarında neftin qiymətinin kəskin düşməsi Rusiya iqtisadiyyatına ikiqat zərbə vurub. "Report"un məlumatına görə, bu barədə Dünya Bankının (DB) hazırladığı son hesabatda bildirilir.

Belə ki, 2014-cü ilin dekabr ayında DB 2015-ci il üçün Rusiya iqtisadiyyatının 0,7% azalacağını düşünürdüsə, yeni hesabatda azalma 3,8% proqnozlaşdırılır. Sənədə əsasən, Bank 2016-cı ildə neftin orta qiymətinin 57 dollar/barel səviyyəsində olacağı təqdirdə Rusiya iqtisadiyyatının 0,6% azalacağını ehtimal edir.

DB hesabatında baş verən dəyişikliklərin Rusiyada yoxsulluq səviyyəsinin bu il 14,2%, yəni 20,3 mln. nəfərə yüksəldəcəyini qeyd edir. Gələn il yoxsulluğun 20,5 mln. nəfər təşkil edəcəyi bildirilir. Qeyd edək ki, ötən il Rusiyada yoxsulluğun səviyyəsi 10,8%-dən 11,2%-ə yüksəlib.

Son xəbərlər

Orphus sistemi