Yuxarı

Azərbaycanda daşınmaz əmlaklara kreditlər artıb

Ev təsərrüfatlarına kredit qoyuluşu 6 932,7 mln. manata enib

Bakı. 13 iyul. REPORT.AZ/ Cari il iyunun 1-nə əsasən Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşu 6 932,7 mln. manata enib. 

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, kreditləşmə mayın 1-nə nisbətən 3,5% və ya 252,7 mln. manat, ötən iin eyni dövrü ilə müqayisədə 13,8% və ya 1 110,7 mln. manat azalıb.

Bu müddətdə ipoteka kreditləri də daxil olmaqla daşınmaz əmlakların tikintisinə və alınmasına kredit qoyuluşu artaraq 1 573,5 mln. manata çatıb. Bu isə mayın 1-i ilə müqayisədə 3,2 mln. manat və ya 0,20% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 218,4 mln. manat və ya 16,11% azalıb.

Mərkəzi Bankın məlumatına görə, ev təsərrüfatlarına kredit qoyuluşu cəmi kreditlərin 38,1%-ni təşkil edib. 

Qeyd edək ki, 2016-cı il iyunun 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşu milli valyuta ekvivalentində 18 197,1 mln. manat təşkil edib, onun 1 514,2 mln. manatı və ya 8,3%-i vaxtı keçmiş kreditlər olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi