Azərbaycanda kreditlərin sığortası kəskin azalıb

Azərbaycanda kreditlərin sığortası kəskin azalıb ​Daşınmaz əmlakın icbari sığortasında yığım 38%, ödəniş isə 4 dəfə artıb
Maliyyə
24 Fevral , 2016 14:23
Azərbaycanda kreditlərin sığortası kəskin azalıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar ayında sığorta növləri arasında ən ciddi artım yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqları 81 dəfə artaraq 16,4 min manat təşkil edib.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, həyatın ölüm halından sığortasında yığım 3,7 dəfə artaraq 5,9 mln. manat, su nəqliyyatı vasitələrinin sığortasında yığım isə 3,4 dəfə artaraq 482 min manat olub.

Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 12,1% artaraq 4,5 mln. manat, tibbi sığortada 38,3% artaraq 36,9 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasında 69,4% artaraq 188 min manat, daşınmaz əmlakın icbari sığortasında 37,8% artaraq 5,7 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 10% artaraq 54 min manat təşkil edib.

Ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə sağalmaz xəstəliklərdən sığortada, dəmir yolu nəqliyyatı vasitələrinin sığortasında, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasında və ipoteka sığortasında qeydə alınıb. Bu növ sığortalardan daxilolmaların məbləği 100% azalıb. Bundan başqa, kreditlərin sığortasında yığım 99,9% azalaraq 50 manat, işçilərin dələduzluğu sığortasında isə yığım 83,8% azalaraq 36 min manat olub.

Sığorta haqlarının məbləği fərdi qəza və xəstəlik sığortasında 73,8% azalaraq 316 min manat, səfər sığortasında 13,1% azalaraq 103 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 34,1% azalaraq 2,7 mln. manat, kasko sığortasında 45,2% azalaraq 1,7 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 17,1% azalaraq 2,1 mln. manat, avtomobillərin icbari sığortasında 6,6% azalaraq 4,7 mln. manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 39% azalaraq 6 min manat təşkil edib.

Ötən ay həyata keçirilmiş sığorta ödənişlərinin ən ciddi artımı isə həyatın yaşam sığortasında qeydə alınıb. Bu növ sığortada ödəniş 15,8 dəfə artaraq 4,1 mln. manat olub. Bundan başqa, ümumi mülki məsuliyyətin sığortasında ödəniş 6,5 dəfə artaraq 92 min manata, daşınmaz əmlakın icbari sığortasında isə ödəniş 3,7 dəfə artaraq 241 min manata çatıb.

Sığorta ödənişlərinin məbləği tibbi sığortada 11% artaraq 4,5 mln. manat, avtomobillərin icbari sığortasında 12% artaraq 2,4 mln. manat təşkil edib.

Ay ərzində sığorta ödənişlərinin ən ciddi azalması isə yüklərin (nəqliyyat) sığortasında, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında qeydə alınıb. Bu növ sığortalar üzrə ödəniş 100% azalıb. Bundan başqa, kreditlərin sığortasında ödəniş 96,7% azalaraq 1435 manat, əmlakın yanğından və digər risklərdən sığortasında isə ödəniş 66,8% azalaraq 114 min manat təşkil edib.

Sığorta ödənişlərinin məbləği həyatın ölüm halından sığortasında 56,2% azalaraq 105 min manat, fərdi qəza və xəstəlik sığortasında 39,9% azalaraq 52 min manat, səfər sığortasında 65,7% azalaraq 9 min manat, kasko sığortasında 48,3% azalaraq 1,2 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 40,5% azalaraq 90 min manat olub. 

Son xəbərlər

Orphus sistemi