Yuxarı

Daşınmaz əmlak sertifikatları haqqında qaydalar təsdiqlənib

​QKDK tərəfindən yeni qaydalar təsdiq edilib

Bakı. 18 fevral. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasında daşınmaz əmlak sertifikatları haqqında Qaydalar” (http://scs.gov.az/uploads/pdf/rhc21hnantgpe1v54kfn.pdf) təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, bu Qaydalar Azərbaycan Respublikasının ərazisində daşınmaz əmlak sertifikatlarının buraxılışı, dövlət qeydiyyatına alınması və tədavülü qaydalarını müəyyən edir.

Həmçinin, “Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar” (http://scs.gov.az/uploads/pdf/zurphknmloua7nq7hiwz.pdf) təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu Qaydalar səhmlərin birləşdirilməsi, xırdalanması, həmçinin onların nominal dəyərinin artırılması və azaldılması zamanı səhmlərin emissiyasını tənzimləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi