Yuxarı
    Bağlamaq

    Daşınar əmlak barədə məlumatlar fərdi identifikasiya nömrəsi ilə reyestrə daxil ediləcək

    Yeni qanun layihəsinin qəbulu kredit resurslarının ucuzlaşmasına səbəb olacaq

    Bakı. 5 aprel. REPORT.AZ/ "Daşınmaz əmlakın yüklülüyü reyestrindən fərqli olaraq daşınar əmlakın yüklülüyü reyestrində girov qoyulan əmlakın mülkiyyət və icarə hüquqları qeydə alınmayacaq. Burada söhbət yalnız yüklülükdən gedir". “Report” xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə "Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar" mövzusunda keçirilən konfransda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müəllifi, hüquq məsləhətçisi Aqil Abdullayev deyib.

    Onun sözlərinə görə, müxtəlif şəxslərə məxsus daşınar əmlakla barədə məlumatları fərdi identifikasiya nömrəsi ilə reyestrə daxil etmək imkanı yaradılacaq: “Müştəriyə kredit vermək istəyən maliyyə qurumu həmin nömrə əsasında onun hansısa əmlakının yüklü olub-olmadığını müəyyən edəcək”.

    A.Abdullayev qeyd edib ki, bu layihənin reallaşdırılması digər ölkələrdə olduğu kimi Azərbaycanda da kredit resurslarından istifadə müddətinin artmasına, kredit faizlərinin aşağı düşməsinə imkan verəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi