Danimarka xarici valyutada sonuncu kreditini bağlayır

Danimarka xarici valyutada sonuncu kreditini bağlayır Danimarka son 183-ildə ilk dəfə xarici borcsuz olacaq
Maliyyə
20 Mart , 2017 15:45
Danimarka xarici valyutada sonuncu kreditini bağlayır

Bakı. 20 mart. REPORT.AZ/ Danimarka hökuməti bu gün 1,7 mlrd. ABŞ dolları məbləğində xarici valyutada olan sonuncu kreditini bağlayır. Ölkənin Mərkəzi Bankı elan edib ki, beləliklə, ölkə son 183 ildə ilk dəfə xarici öhdəliksiz olacaq: "Mərkəzi hökumətin valyutada kredit cəlbinə ehtiyac yox idi və borc mütəmadi olaraq ödənilərək azalıb".

"Report" bu barədə "Interfax" agentliyinə istinadən xəbər verir.

Danimarkanın "Altinget" nəşrinin yazdığına görə, bu kreditin bağlanması Danimarkanın borcsuz olması anlamına gəlmir - hökumət büdcə kəsirinin örtülməsi və digər məqsədlər üçün Danimarka kronu ilə qiymətli kağızlar buraxır. 2016-cı ilin sonuna Danimarka hökumətinin milli valyutada borcu 635 mlrd. kron (92 mlrd. dollar) təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına əsasən, xarici valyuatda ilk öhdəlik 1757-ci ildə götürülüb. Həmin vaxt hökumət Amsterdam və Hamburqdan 0,5 mln. riqsdaler (1873-cü ilədək Danimarka valyutası) cəlb edib. Son bir neçə onillikdə xarici borcla bağlı dəqiq məlumat olmasa da, Maliyyə Nazirliyi dəqiqləşdirə bilib ki, son dəfə Danimarkanın xarici valyutada öhdəliyi 1834-cü ildə olmayıb.

Son xəbərlər

Orphus sistemi