​Yaponiyalı iqtisadçı: "Yuanın devalvasiyası Çini xilas edəcək"

​Yaponiyalı iqtisadçı: "Yuanın devalvasiyası Çini xilas edəcək" Çin 2015-ci ildə valyuta intervensiyaları ilə 700 mlrd. ABŞ dolları itirib
Maliyyə
15 İyul , 2016 20:54
​Yaponiyalı iqtisadçı: Yuanın devalvasiyası Çini xilas edəcək

Bakı. 15 iyul. REPORT.AZ/ Çin milli valyutası yuanın devalvasiyası Çin Mərkəzi Bankının (PBOC) ehtiyatlarını qorumağa və sonra ixracı stimullaşdırmağa imkan yaradacaq.

"Report" "Vestifinance" saytına istinadən xəbər verir ki, bu barədə açıqlamanı Yaponiyanın Daiwa Securities Group İnc" investisiya bankının Asiya üzrə (Yaponiya istisna olmaqla) baş iqtisadçısı Kevin Ley (Kevin Lai) verib. 

Onun fikrincə, yuanın devalvasiyasının Çin iqtisadiyyatına mənfi təsiri barədə maliyyə bazarlarında yaranan fikirlər yanlışdır. Baş iqtisadçı bildirib ki, Çindən kapital axınını fonunda yuanın sabit məzənnəsi mütəmadi olaraq PBOC-un valyuta intervensiyalarına ehtiyac yaradır. PBOC isə, öz növbəsində valyuta sataraq milli valyuta aldığında pul kütləsi ölkədə azalır, bir sözlə, bu monetar siyasətin sərtləşdirilməsi demək olur. Monetar siyasətin sərtləşdirilməsinin qarşısını almaq üçün yeganə yol isə PBOC-un müdaxiləsini kəsmək və ya minimuma endirməkdir ki, bu da yuanın devalvasiyası demək olacaq.

Beynəlxalq Maliyyə İnstitutunun hesabatına görə, Çin 2015-ci ildə valyuta intervensiyaları ilə 700 mlrd. ABŞ dolları itirib. Son aylarda isə PBOC-un valyuta satışında bir qədər səngimə müşahidə edilir.

"Report" analitik qrupu hesab edir ki, yuanın tədricən devalvasiyası prosesi başlayıb. CNY/USD məzənnəsi 6,60 səviyyəsindən 6,70 səviyyəsinə yüksəlib və yaxın vaxtlarda bu rəqəmin 6,89-a çıxacağı proqnozlaşdırılır. Ümumiyyətlə,, orta müddətli perspektivdə CNY/USD məzənnəsinin 8-dək artması gözlənilir ki, nəticədə bu proses əksər dünya ölkələrinin milli valyutasının devalvasiyasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi