Daha bir sığorta şirkəti "Yaşıl Kart" sisteminin reyestrinə daxil edilib

Daha bir sığorta şirkəti "Yaşıl Kart" sisteminin reyestrinə daxil edilib Reyestrə daxil olan Büronun iştirakçı şirkətlərinin sayı 6-ya çatıb
Maliyyə
17 Dekabr , 2015 18:34
Daha bir sığorta şirkəti Yaşıl Kart sisteminin reyestrinə daxil edilib

Bakı. 17 dekabr. REPORT.AZ/ “Paşa Sığorta” ASC "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilib.

"Report"un İcbari Sığorta Bürosuna (İSB) istinadən verdiyi xəbərə görə, reyestrə daxil olan Büronun iştirakçı şirkətlərinin sayı 6-ya çatıb. Bildirək ki, bundan əvvəl "Azsığorta”, “Meqa Sığorta”, “AtaSığorta”, “AXA-Mbask” və "Xalq Sığorta" ASC daxil olub.

Qeyd edək ki, “İcbari sığortalar haqqında” qanunun 50.2 maddəsinə uyğun olaraq sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün "Yaşıl Kart" sığortaçılarının reyestrinə daxil olmalıdır.

Azərbaycanda “Yaşıl Kart” sistemi üzrə fəaliyyət göstərmək istəyən sığortaçılar 2015-ci il dekabrın 21-dək müvafiq reyestrə daxil olmaq üçün İSB-yə müraciət etməlidir. Əks halda həmin sığortaçının 2016-cı il yanvarın 1-dən etibarən İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyəti məhdudlaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi