​Daha bir qeyri-bank təşkilatı SKMF-in müvəkkil kredit təşkilatı ola bilər

​Daha bir qeyri-bank təşkilatı SKMF-in müvəkkil kredit təşkilatı ola bilər Hazırda SKMF-in müvəkkil kredit təşkilatları arasında 27 bank, 7 BOKT və 25 kredit ittifaqı var
Maliyyə
29 İyun , 2016 17:15
​Daha bir qeyri-bank təşkilatı SKMF-in müvəkkil kredit təşkilatı ola bilər

Bakı. 29 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) müvəkkil kredit təşkilatlarının siyahısına daha bir bank olmayan kredit təşkilatı (BOKT) əlavə oluna bilər. Söhbət "Viator Mikrokredit Azərbaycan" MMC-dən gedir.

Bu barədə "Report"a açıqlamasında BOKT-un icraçı direktoru Aynur Əliyeva məlumat verib.

Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi təşkilat əməkdaşlıq məqsədi ilə SKMF-ə müraciət etməyə hazırlaşır.

"Bizim fəaliyyətimiz əsasən kənd təsərrüfatına yönəldiyi üçün SKMF-in müvəkkil kredit təşkilatı olmaq istəyirik. Artıq sənədləri hazırlamışıq, Maliyyə Bazarlarına Nəzarət Palatasından rəy alandan sonra gələn rübün əvvəlində İqtisadiyyat Nazirliyinə müraciət etməyi planlaşdırırıq".

Qeyd edək ki, hazırda SKMF-in müvəkkil kredit təşkilatları arasında 27 kommersiya bankı, 7 BOKT və 25 kredit ittifaqı var.

Son xəbərlər

Orphus sistemi