​Daha bir foreks-broker Bakıda ofis açıb

​Daha bir foreks-broker Bakıda ofis açıb Şirkət müştərilərə "Forex", CFD ilə ticarət, investisiya portfelinin formalaşması və s. üzrə xidmət göstərəcək
Maliyyə
16 Noyabr , 2015 17:49
​Daha bir foreks-broker Bakıda ofis açıb

Bakı. 16 noyabr. REPORT.AZ/  "Grand Capital" foreks-broker şirkəti treyderləri səmərəli ticarət üçün keyfiyyətli xidmətlə təmin etmək üçün qlobal maliyyə bazarlarında öz iştirakını genişləndirməkdə davam edir. Şirkət artıq Azərbaycan paytaxtında yeni ofisinin açılışını elan edib.

"Report"un verdiyi xəbərə görə, Bakı ofisi həftə içi 10:00-dan 20:00-dək müştərilər və tərəfdaşlara xidmət göstərəcək. 

Ofisdə şirkətin bütün xidmətləri haqqında məsləhət almaq mümkün olacaq. Belə ki, brokerin ofisində müştərilər "Forex"lə, CFD ilə ticarət, investisiya portfelinin formalaşması, "Lamm"a (Lot Аllocation Мanаgement Mоdule) investisiyalar, şirkətin aksiya və bonusları və şirkətin digər xidmətləri barədə məlumat ala bilərlər.

Qeyd edək ki, "Grand Capital" 2006-cı ildən fəaliyyət göstərir. Şirkətin dünyada 30-dan artıq ofisi mövcuddur.

Son xəbərlər

Orphus sistemi