Daha bir BƏƏ şirkəti Azərbaycanın maliyyə bazarından pay alıb

Daha bir BƏƏ şirkəti Azərbaycanın maliyyə bazarından pay alıb Plato Capital and Co. İnvestisiya Şirkəti ASC-nin minoritar (1%-lik) səhmdarının adı açıqlanıb.
Maliyyə
19 İyun , 2019 15:39
Daha bir BƏƏ şirkəti Azərbaycanın maliyyə bazarından pay alıb

"Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC-nin minoritar (1%-lik) səhmdarının adı açıqlanıb. 

"Report" xəbər verir ki, bu, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydiyyatdan keçmiş məxsus "Fubies Bia Investments Limited" investisiya şirkətidir. 

Bununla da Azərbaycanın maliyyə bazarında pay sahibi olan BƏƏ şirkətlərinin sayı 2-yə çatıb. Qeyd edək ki, "Azfinance İnvestisiya Şirkəti" QSC-nin də yeganə səhmdarı ("G Capital Middle East LTD") adı çəkilən ərəb ölkəsinə məxsusdur. 

"Plato Capital and Co."nun əsas (99%-lik) səhmdarı isə əvvəlcədən deyildiyi kimi, Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətidir. 

Son xəbərlər

Orphus sistemi