"Rabitəbank"ın mənfəəti azalıb

"Rabitəbank"ın mənfəəti azalıb Bu ilin I rübündə Bankın qeyri-faiz zərəri 2,8 dəfə azalıb
Maliyyə
12 May , 2015 10:12
Rabitəbankın mənfəəti azalıb

Bakı. 12 may. REPORT.AZ/ "Rabitəbank" ASC birinci rübü 998 min manat mənfəətlə başa vurub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3% azdır.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə Bankın gəlirləri 29,3% azalaraq 14,5 mln. manat, xərcləri 30,2% azalaraq 13,5 mln. manat təşkil edib.

Hesabata əsasən, cari lin ilk rübündə "Rabitəbank"ın gəlirlərinin 9,9 mln. manatını faiz, 4,6 mln. manatını qeyri-faiz gəlirləri, xərclərinin isə 3,7 mln. manatını faiz, 9,9 mln. manatını qeyri-faiz xərcləri təşkil edib. 

Nəticədə, xalis faiz mənfəəti 2,57 dəfə azalaraq 6,2 mln. manata, qeyri-faiz zərəri isə 2,84 dəfə azalaraq 5,2 mln. manata düşüb. 

Bankda PR və marketinq xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfə azalaraq 67 min manatdan 34 min manata düşüb.

Qeyd edək ki, cari il aprelin 1-nə Bankın nizamnamə kapitalı 48,5 mln. manat, məcmu kapitalı 59,6 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi