Yuxarı
    Bağlamaq

    ​Daha bir bank "MilliÖn"ə qoşulub

    Access Bankın müştəriləri kreditlərini artıq MilliÖn ödəmə terminallarından ödəyə biləcək

    Bakı, 27 fevral. REPORT.AZ/ "Access Bank" ASC "MilliÖn" ödəmə terminalları vasitəsilə kredit ödənişlərinin qəbuluna başlayıb. Artıq müştərilər Banka gəlmədən, günün istənilən vaxtı onlara ən yaxın olan "MilliÖn" ödəmə terminalından kredit ödənişini həyata keçirə bilərlər.

    "Report"un Banka istinadən verdiyi xəbərə görə, ödəmə terminalları Bakı şəhəri və Azərbaycanın digər şəhərlərində ictimai yerlərdə quraşdırılıb. Kredit ödənişini "MilliÖn" terminallarından Azərbaycan manatı və ABŞ dolları ilə etmək mümkündür. Bunun üçün monitorda göstərilən “Bank xidmətləri”ni seçərək, “Access Bank” bölməsinə keçib müvafiq əməliyyatları həyata keçirmək lazımdır. Ödəniş iş günü ərzində saat 20:00-dək aparılarsa vəsaitlər həmin günün ödənişi kimi qəbul olunur. Saat 20.00-dan sonra və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş gününün ödənişi kimi qəbul olunur. 

    Qeyd edək ki, terminal vasitəsilə aparılan kredit ödənişlərinə görə xidmət haqqı tutulmur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi