Daha bir bank manatla kreditləşməni bərpa edib

Daha bir bank manatla kreditləşməni bərpa edib Kreditin maksimal müddəti 2 il ola bilər
Maliyyə
10 İyun , 2015 15:03
Daha bir bank manatla kreditləşməni bərpa edib

Bakı.10 iyun. REPORT.AZ/ "Bank of Baku" ASC əhalinin nağd pula olan tələbatını qarşılamaq məqsədilə milli valyutada nağd pul kreditlərinin verilməsini bərpa edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, kreditin müddəti 24 ayadək, məbləği isə 5 000 manatadək ola bilər. İllik faiz dərəcəsi müştərinin bankla iş tarixçəsindən asılı olaraq dəyişəcək. Krediti rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsi, elektron arayış və ya iş yerindən arayışı təqdim etmək kifayətdir.

Son xəbərlər

Orphus sistemi