Daha bir bank hərbçilər üçün kredit aksiyası keçirir

Daha bir bank hərbçilər üçün kredit aksiyası keçirir Bank hərbçilərə komissiyasız nağd pul krediti təklif edir
Maliyyə
25 İyun , 2015 17:10
Daha bir bank hərbçilər üçün kredit aksiyası keçirir

Bakı. 25 iyun. REPORT.AZ/ "Unibank" ASC 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar hərbçilər üçün xüsusi kampaniya keçirir. İyulun 1-dək davam edən kampaniya çərçivəsində hərbçilər "Unibank"ın filiallarına müraciət edərək komissiyasız nağd kredit əldə edə bilərlər.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bu aksiya həm manat, həm də dollar kreditlərinə şamil olunur.

"Unibank" hazırda 40 filialı ilə vətəndaşların xidmətindədir. "Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi