​Daha bir Azərbaycan bankı nizamnamə kapitalını artırır

​Daha bir Azərbaycan bankı nizamnamə kapitalını artırır Yeni emissiyanın həcmi 2 mln. manatdır
Maliyyə
3 Dekabr , 2015 15:15
​Daha bir Azərbaycan bankı nizamnamə kapitalını artırır

Bakı. 3 dekabr. REPORT.AZ/ "Bank BTB" ASC nizamnamə kapitalını 4% və ya 2 mln. manat artırmaq qərarına gəlib. "Report" bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaydığı məlumata istinadən xəbər verir. 

Belə ki, Dövlət Komitəsi tərəfindən "Bank BTB"nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək, hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd adi adlı səhmlərinin əlavə emissiyası dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı 50 mln. manat təşkil edir. Beləliklə, yeni emissiyanın tam yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 52 mln. manata çatacaq. 

Son xəbərlər

Orphus sistemi