Yuxarı

Azərbaycanda ​daha 5 sığorta agentinin fəaliyyəti dayandırılıb

Bu, həmin şəxslərin hesabatlılıqla bağlı Maliyyə Nazirliyinin təqdimatlarına riayət etməməsi ilə əlaqədar olub

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi daha 5 sığorta agentinin fəaliyyətinə verilmiş bəzi müddətsiz lisenziyanı ləğv edib. "Report"un verdiyi xəbərə görə, bu barədə Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) məlumat yayıb. 

Fəaliyyəti dayandırılmış agentlərin siyahısı xidmətin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, bu ay ərzində Azərbaycanda bəzi şəxslərə sığorta agenti fəaliyyətinə verilmiş müddətsiz lisenziyalar Maliyyə Nazirliyinin müvafiq əmri ilə 3 ay müddətinə dayandırılıb. Bu, həmin şəxslərin hesabatlılıqla bağlı Maliyyə Nazirliyinin təqdimatlarına riayət etməməsi ilə əlaqədar olub. Həmin vaxt 63 sığorta agentinin fəaliyyəti üçün verilmiş lisenziya dayandırılıb ki, bu da cari ilin sentyabr ayında ilk belə hadisədir. Avqust ayı ərzində daha 8 şəxsə, iyulda isə 71 sığorta agentinə verilmiş lisenziyalar dayandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi