Dadli: "Qasırğa uçot dərəcəsinin artırılması qərarını ertələyə bilər"

Dadli: "Qasırğa uçot dərəcəsinin artırılması qərarını ertələyə bilər" Proqnoz: ABŞ iqtisadiyyatı getdikcə güclənəcək
Maliyyə
9 Sentyabr , 2017 17:20
Dadli: Qasırğa uçot dərəcəsinin artırılması qərarını ertələyə bilər

Bakı. 9 sentyabr. REPORT.AZ/ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmaq niyyəti hələ də qüvvədədir. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı "CNBC" telekanalına Nyu-York FED-inin rəhbəri Uilyam Dadli (William Dudley) verib: "Qasırğa faiz artımının müddətinə təsir edə bilər". 

U.Dadli uzunmüddətli perspektivə qasırğanın ABŞ iqtisadiyyatını canlandıracağını bildirib. O, inflyasiyanın FED-in hədəfi olan 2% həddinə çatmaması səbəbindən uçot dərəcəsinin artırılması ilə bağlı səbrli olmaq lazım gəldiyini qeyd edib.

U.Dadli FED-in yaxın zamanlarda balansını azaltmağa başlayacağını, ABŞ iqtisadiyyatının getdikcə güclənəcəyini xatırladıb.

Son xəbərlər

Orphus sistemi