"Credit Suisse" bankında axtarışlar başlayıb

"Credit Suisse" bankında axtarışlar başlayıb Bankda 55 min şübhəli hesab tapılıb
Maliyyə
31 Mart , 2017 20:56
Credit Suisse bankında axtarışlar başlayıb
courtesy image

Bakı. 31 mart. REPORT.AZ/ İsveçrənin "Credit Suisse" bankının Paris, London və Amsterdamda yerləşən mərkəzlərində istintaq əməliyyatları aparılıb. 

"Report"un "Reuters" agentliyinə istinadəın verdiyi xəbərə görə, yoxlamalar bankın müştərilərinin vergidən yayınma ittihamları əsasında başlayıb.

Agentlik bildirir ki, axtarışlar nəticəsində 2 nəfər saxlanılıb, qızıl külçə, rəsm və qiymətli əşyalar müsadirə olunub. Əməliyyatın Britaniya, Hollandiya, Fransa, Almaniya və Avstraliya hökumətlərinin birgə təşkil etdiyi və Hollandiyanın maliyyə cinayətlərinə qarşı mübarizə idarəsi tərəfindən aparıldığı bildirilir.

Hollandiya rəsmiləri "Credit Suisse" bankında 55 min şübəhli hesabın yaranması ilə araşdırmalara başlayıblar. 

Avstraliyanın gəlirlər və maliyyə əməliyyatları naziri Kelli Oduayer 340 avstraliyanın bu bankda sadəcə telefon nömrələri göstərməklə hesab açdıqlarını açıqlayıb. Bu da, hesab sahibinin kimliyini gizlətmək istəməsi mənasını daşıyıb.  

Son xəbərlər

Orphus sistemi