“Credex”in aktivləri 20% azalıb

“Credex”in aktivləri 20% azalıb Bakı. 16 oktyabr. REPORT.AZ/ “Credex” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 19,5% azalaraq bu il yanvarın 1-nə 443 min manat təşkil edib.
Maliyyə
16 Oktyabr , 2018 12:32
“Credex”in aktivləri 20% azalıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Credex” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 19,5% azalaraq bu il yanvarın 1-nə 443 min manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Credex”in müştərilərə verdiyi xalis kreditlər 17,8% azalaraq 388 min manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 15,9% azalaraq 317 min manat, cəmi kapitalı isə 27,2% azalaraq 126 min manat olub. 

“Credex” 2017-ci ili 47 min manat zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 73% azdır. 

Son xəbərlər

Orphus sistemi