"City Finance"ın təsisçilərinin sayı azalıb

"City Finance"ın təsisçilərinin sayı azalıb Təsisçilərdən biri nizamnamə kapitalındakı payı geri çəkib
Maliyyə
8 Sentyabr , 2016 10:56
City Financeın təsisçilərinin sayı azalıb

Bakı. 8 sentyabr REPORT.AZ/ "City Finance" bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin sayı 3-dən 2-yə düşüb. Bu barədə "Report"a BOKT-un direktoru Eşqin Şıxəliyev məlumat verib.

Onun sözlərinə görə, "City Finance"in nizamnamə kapitalında 25% paya (125 min manat) malik olan Emin Maqsudəli oğlu Maqusov vəsaitini geri çəkib. Son nəticədə BOKT-un kapitalı 375 min manata düşüb, onun təsisçilərinin pay bölgüsü isə dəyişib.

Belə ki, avtomatik olaraq digər təsisçilər - Ramiz Ağamirzə oğlu Eyvazovun payı 50%-dən 66,7%-ə, Vüqar Balakişi oğlu Dəmirovun payı isə 25%-dən 33,3%-ə yüksəlib.

Xatırladaq ki, "City Finance"MMC 2013-cü ildə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi