“City Finance”ın aktivləri 6% azalıb

“City Finance”ın aktivləri 6% azalıb BOKT ilk yarımilliyi 16 min manat xalis zərərlə başa vurub
Maliyyə
19 Dekabr , 2016 15:46
“City Finance”ın aktivləri 6% azalıb

Bakı. 19 dekabr. REPORT.AZ/ “City Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri 2016-cı il iyulun 1-nə 1,136 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 5,7% azdır.

“City Finance”ın aktivlərinin 89,3%-ni və yaxud 1,014 mln. manatını fiziki şəxslərə və fərdi sahibkarlara verilmiş kreditlər təşkil edib. Yarın il ərzində BOKT-un kredit portfeli 6,1% kiçilib.

Hesabat dövründə “City Finance”ın cəmi öhdəlikləri 6,8% azalaraq 749 min manata, cəmi kapitalı 3,7% azalaraq 386 min manata düşüb.

Yanvar-iyun aylarında BOKT-un ümimi gəlirləri 186 min manatdan çox, ümumi xərcləri 203 min manata yaxın olub. Beləliklə, kredit təşkilatı birinci yarımilliyi 16 min manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, “City Finance” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 375 min manatdır. BOKT-un təsisçiləri 66,7% payla Ramiz Ağamirzə oğlu Eyvazov, 33,3% payla Vüqar Balakişi oğlu Dəmirovdur. 

Son xəbərlər

Orphus sistemi