"Citigroup" qızılın qiymətinə dair proqnozunu azaldıb

"Citigroup" qızılın qiymətinə dair proqnozunu azaldıb ABŞ-ın Citigroup maliyyə holdinqi bu ilin sonuna qədər dünya bazarında qızılın 1 unsiyasının qiyməti ilə bağlı proqnozunu 5,7% azaldaraq 1 575 ABŞ dollarından 1 485 dollara endirib.
Maliyyə
21 Noyabr , 2019 10:59
Citigroup qızılın qiymətinə dair proqnozunu azaldıb

ABŞ-ın "Citigroup" maliyyə holdinqi bu ilin sonuna qədər dünya bazarında qızılın 1 unsiyasının qiyməti ilə bağlı proqnozunu 5,7% azaldaraq 1 575 ABŞ dollarından 1 485 dollara endirib. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bununla belə, holdinqin mütəxəssisləri ortamüddətli perspektivdə qızılın qiymətinin yenidən rekord həddə çatacağı qənaətindədir. 

Xatırladaq ki, hazırda əmtəə birjalarında qızılın 1 unsiyası 1 470 dollara alınıb-satılır. 

Son xəbərlər

Orphus sistemi