"Citigroup" bu il qızılın qiymətinə dair proqnozunu yüksəldib

"Citigroup" bu il qızılın qiymətinə dair proqnozunu yüksəldib Mis və sink üzrə proqnozlar da artırılıb
Maliyyə
26 Fevral , 2018 14:13
Citigroup bu il qızılın qiymətinə dair proqnozunu yüksəldib

Bakı. 26 fevral. REPORT.AZ/ ABŞ-ın nüfuzlu "Citigroup" maliyyə holdinqi qızıl daxil olmaqla, bəzi xammal növlərinə aid 2018-ci il proqnozlarını yüksəldib. 

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Citigroup"un analitiki Hes Jansen (Heath Jansen) bildirib ki, qlobal iqtisadi artımda baş verən sürətlənmə və dolların məzənnəsindəki zəiflik fonunda yüksək inflyasiya xammal qiymətlərinin artmasına yol açacaq. Yaxın 3 ayda misin qiyməti 7 500 dollar/ton, sinkin qiyməti isə 4 000 dollar/ton təşkil edəcək. 

"Citigroup" bu il qızılın qiymətinə dair proqnozunu isə 7% artıraraq orta hesabla 1 355 dollar/unsiyaya, 6-12 aylıq müddət üçün isə 1 385 dollar/unsiyaya çatdırıb. 

Son xəbərlər

Orphus sistemi