​"CitiFX": Avronun məzənnəsi 1,0460 dollara enəcək

​"CitiFX": Avronun məzənnəsi 1,0460 dollara enəcək Avropada aşağı inflyasiya monetar ekspansiya ehtimalını gücləndirir
Maliyyə
26 Noyabr , 2015 14:19
​CitiFX: Avronun məzənnəsi 1,0460 dollara enəcək

Bakı. 26 noyabr. REPORT.AZ/ "Citibank"ın FOREX bazarında fəaliyyət göstərən şirkəti "CitiFX"in Araşdırma Departamenti avronun dollarla müqayisədə ucuzlaşmasının əsas səbəblərini açıqlayıb.

"Report" xəbər verir ki, "CitiFX", Avropa və ABŞ-da uçot dərəcələrinin qısa müddətdə əks istiqamətdə hərəkətinin, yəni Avropa Mərkəzi Bankının (AMB) uçot dərəcəsini azaltmağı planlaşdırarkən, ABŞ-ın artırmağı düşünməsini avronu ucuzlaşdıracağına, dolları isə möhkəmləndirəcəyinə inanır.

Ekspertlər düşünürlər ki, Asiya, xüsusilə də Çin iqtisadiyyatının zəifləməsinin Almaniya iqtisadiyyatı üçün təhlükə yaratdığına görə, ucuz avroya tələbat dolları möhkəmləndirəcək. AMB ucuz avroya ehtiyac duyduğundan uçot dərəcəsini endirmək, ABŞ isə iqtisadi vəziyyəti yaxşılaşdığı üçün faizləri artırmaq məcburiyyətində olacaq. Avropa iqtisadiyyatının statistik göstəricilərinin zəif olması, inflyasiyanın aşağı səviyyəsi Avrozonada monetar ekspansiya ehtimalını gücləndirir.

"CitiFX" hazırda avronun uzunmüddətli enmə trendinin minimum həddini 1,0460 USD/EUR səviyyəsində proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi