Yuxarı

​"Citibank": Gələn il dünya qlobal resessiya ilə üzləşəcək

Daiwa Securities: Qlobal maliyyə sistemini şiddətli çöküş gözləyir

Bakı. 15 sentyabr. REPORT.AZ/ ABŞ-ın "Citibank"ı 2016-cı il üçün baza ssenarisi kimi dünyanın qlobal resessiya ilə üzləşəcəyini bildirib. "Report"un verdiyi xəbərə görə, bankın açıqlamasında qlobal resessiya ssenarisi proqnozlarına səbəb iqtisadi zəifləmə göstərilib. Qeyd olunur ki, Çin iqtisadiyyatının zəifləyən artım tempi öz arxasınca digər inkişaf etməkdə olan ölkələri (emerging countries) də aparacaq. Belə ki, Rusiya və Braziliya artıq resessiyadadır. Gələn il isə digər inkişaf etməkdə olan ölkələrin də bu problemlə üzləşməsi gözlənilir.

"Citibank"ın analitikləri bildiriblər ki, Çin iqtisadiyyatındakı artım tempi 2016-cı ildə 4%-dən çox olmayacaq. Önəmlisi isə Çin hökumətinin neqativ proseslərə qarşı atacağı addımlardır. Qeyd edək ki, "Citibank" Açıq Bazarlarda Əməliyyatlar üzrə Federal Komitəsinin (FOMC) iki gün sonra, yəni sentyabrın 17-də Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artıracağına eyham vurmasına baxmayaraq, investorların bunu gözləmədiklərini vurğulayıb: "Əgər uçot dərəcəsi artmasa, inkişaf etməkdə olan ölkələr bir müddət rahat nəfəs ala biləcək".

Yaponiyanın ikinci ən böyük broker şirkəti "Daiwa Securities" bankı qeyd edib ki, dünya maliyyə sistemini heç bir zaman görmədiyi şiddətli çöküş gözləyir. Bunun əsas səbəbi kimi isə Çindəki iqtisadi kataklizmalar göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi