Yuxarı

"Çirkli pulların" yuyulması sahəsində əməkdaşlıq etməyən dövlətlərin siyahısı yenilənib

İranın adı məlumatların açıqlanması tələb olunmayan dövlətlərin siyahısından çıxarılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) əmrinə uyğun olaraq "çirkli pulların" yuyulması sahəsində əməkdaşlıq etməyən dövlətlərin siyahısı yenilənib.

"Report"un verdiyi xəbərə görə, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin siyahısı” yenilənib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 2016-cı il 22024 iyun tarixlərində keçirilmiş plenar iclasında İrana qarşı təsir tədbirlərinin 12 ay müddətinə dayandırılması barədə qərar qəbul edildiyindən, İranın adının 24 iyun 2017-ci il tarixinədək “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayət-karlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin siyahısı”ndan çıxarılmasına qərar verilib.

MBNP Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və “əl-Qaidə” Sanksiya Komitəsinin qəbul edilmiş qərarına uyğun olaraq barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin ümumi siyahısını yeniləyib və 14 adda dəyişiklik edib.

Ümumi siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin siyahısı ölkədaxili və beynəlxalq siyahılardan ibarətdir.

Qeyd edək ki, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər ümumi siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi