Yuxarı
    Bağlamaq

    Çinin valyuta ehtiyatları son 8 ayda ilk dəfə artıb

    Çin valyuta ehtiyatlarının rekord həddi 3,99 trln. dollar səviyyəsində olub

    Bakı. 7 mart. REPORT.AZ/ Çinin valyuta ehtiyatları fevral ayında 7,1 mlrd. ABŞ dolları və ya 0,23% artaraq martın 1-nə 3 005,1 mlrd. dollar təşkil edib. 

    "Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, Çinin valyuta ehtiyatları 2016-cı ilin iyun ayından etibarən ilk dəfə artım göstərib.

    Analitiklər valyuta ehtiyatlarının 2 969 mlrd. dollara qədər geriləyəcəyini proqnozlaşdırmışdılar. 

    Xatırladaq ki, bu il yanvar ayında Çinin valyuta ehtiyatları 12,3 mlrd. və ya 0,4% azalaraq 2 998 mlrd. dollara geriləyib. Bu, 2011-ci ilin fevral ayından sonra valyuta ehtiyatlarının ilk dəfə 3 trln. dollar səviyyəsindən aşağı düşməsinə səbəb olub. Çinin valyuta ehtiyatlarının maksimal həddi 2014-cü ilin avqustun 1-də 3,99 trln. dollar səviyyəsində olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi