Çinin valyuta ehtiyatları martda cüzi artıb

Çinin valyuta ehtiyatları martda cüzi artıb Ötən il Çinin valyuta ehtiyatları 320 mlrd. dollar azalıb
Maliyyə
7 Aprel , 2017 14:46
Çinin valyuta ehtiyatları martda cüzi artıb

Bakı. 7 aprel. REPORT.AZ/ Çinin valyuta ehtiyatları kapitalın hərəkətinə nəzarətin gücləndirilməsi və dolların möhkəmlənməsi prosesinin dayanması nəticəsində artım göstərib. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, valyuta ehtiyatları mart ayında 3,96 mlrd. dollar və ya 0,13% artaraq 3,009 trln. dollar təşkil edib. Xatırladaq ki, yanvar ayında psixoloji hədd olan 3 trln. dollardan aşağı düşən ehtiyatlar fevralda 6,92 mlrd. dollar artaraq 3,005 trln. dollara çatıb. 

Qeyd edək ki, analitiklər ehtiyatların 5 mlrd. dollar artacağını proqnozlaşdırıb. Ümumiyyətlə, Çinin valyuta ehtiyatları 2016-cı ildə 320 mlrd. dollar azalma göstərib, ehtiyatların maksimal həddi isə 4 trln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi