Yuxarı

​Çinin valyuta ehtiyatları 3,2 trln. dollara düşüb

Çin Mərkəzi Bankı: İyul ayında valyuta ehtiyatları 500 mln. dollar azalıb

Bakı. 8 avqust. REPORT.AZ/ Bu ilin iyul ayının yekununa görə, Çinin valyuta ehtiyatlarının həcmi 3,201 trln. dollar təşkil edib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Bankının yaydığı hesabatda bildirilir.

Hesabata əsasən, ötən ay ölkənin valyuta ehtiyatları 500 mln. dollar və ya 0,02% azalıb.

Çinin valyuta ehtiyatları xüsusilə son 10 ildə sürətlə artıb. Buna səbəb Çin mallarının dünya bazarına ixrac həcminin artmasıdır. Bununla belə, 2014-cü ildən başlayaraq Çində istehsal olunan əmtəə və xidmətlərə xaricdə tələbat azalıb, ölkədə iqtisadi artım tempi zəifləyib və beynəlxalq bazarlarda vəziyyət dəyişib, bu isə valyuta ehtiyatlarının bir qədər azalması ilə nəticələnib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi