Yuxarı
    Bağlamaq

    ​Çinin valyuta ehtiyatları 2011-ci ilin minimumuna enib

    Çinin ticarət balansının profisiti azalma göstərib

    Bakı. 8 iyun. REPORT. AZ/ Çinin qızıl-valyuta ehtiyatları may ayında 28 mlrd. dollar və ya 8,6% azalaraq 3,19 trln. dollara enib. 

    "Report" , "BBC News" agentliyinə istinadən xəbər verir ki, bununla da Çinin qızıl-valyuta ehtiyatları 2011-ci ilin dekabr ayından etibarən ən aşağı səviyyəyə çatıb. Ehtiyatlardakı azalmaya əsas səbəb kimi, dolların məzənnəsinin qlobal valyuta bazarlarında möhkəmlənməsi olub. Belə ki, dolların güclənməsi digər dollar ekvivalentində olmayan aktivlərin qiymətdən düşməsinə səbəb olub. 

    Xatırladaq ki, Çinin qızıl-valyuta ehtiyatlarının maksimal səviyyəsi 2014-cü ilin iyun ayında 3,99 trln. dollar həcmində qeydə alınıb. Hazırda ehtiyatlar rekord həddən 20% aşağı düşüb.

    "The Wall Street Journal"a görə aprel ayında Çindən kapital axını 25 mlrd. dollar təşkil edib. Lakin Çin Mərkəzi Bankının(PBOC) kapitalın hərəkətinə məhdudiyyətlər tətbiq etməsi may ayında axının qarşısını almağa müvəffəq olub. Ümumilikdə isə 2015- ci ildə Çindən kapital axını 680 mlrd. dollar təşkil edib.

    Çində may ayı ticarət balansının profisiti proqnozlaşdırılan 58 mlrd. dollar əvəzinə 49,98 mlrd. dollar olub. Belə ki, may ayı ixracı 4,1% , idxal isə 0,4% azalma göstərib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi