Bakı. 27 iyun. REPORT.AZ/ Çin səhm bazarının əsas göstəricisi hesab edilən "Shanqhai Composite" ( SSEC) indeksi iyunun 12-dən etibarən 985 bənd və ya 19% azalaraq 4 193 bənd təşkil edib. Lakin unutmayaq ki, martın 9-da 3 198 bənd təşkil edən SSEC indeksi 3 ay ərzində 1 980 bənd və ya 62% artaraq 5 178 bəndə yüksəlib. Bundan başqa, fond birjasında bağlanılan əqdlərin həcmi 198 mlrd. dolları ötüb. Müqayisə üçün bildirək ki, Nyu-York fond birjasında orta günlük əqdlərin həcmi 40-50 mlrd. dollar təşkil edir.
"Report"un veridiyi xəbərə görə, bazar iqtisadiyyatına keçidlə Çin fond birjasına yerli investorlar tərəfindən rəğbət artıb. Belə ki, ancaq keçən həftə birjada 1,14 mln. ədəd yeni investor hesabı açılıb. Çin səhmlərinin qiymətinin bu qədər kəskin artmasının digər bir səbəbi də iqtisadiyyatın bir qədər səngiməsi və ölkədə tətbiq olunan sərt vergi siyasəti nəticəsində səriştəsiz yerli investorların da səhm almağa axın etməsidir.
ABŞ-ın "Bank of America Merryl Lynch" bankı Çin birjasında əqdlərin həcminin artmasının riskli olduğunu qeyd edərək kəskin qiymət azalmasının mümkünlüyü ilə bağlı investorlara xəbərdarlıq edib.
Qeyd edək ki, 2015-ci ilin may ayında Çin dövlət istiqrazlarına və səhmlərinə investisiya yatırımı barədə Azərbaycan