Çinin iqtisadi artımı 1990-cı illərin göstəricisini təkrarlayıb

Çinin iqtisadi artımı 1990-cı illərin göstəricisini təkrarlayıb Bu ilin I yarısında Çində ümumi daxili məhsulun (ÜDM) illik müqayisədə artımı 27 illik minimumu yeniləyib.
Maliyyə
15 İyul , 2019 11:51
Çinin iqtisadi artımı 1990-cı illərin göstəricisini təkrarlayıb

Bu ilin I yarısında Çində ümumi daxili məhsulun (ÜDM) illik müqayisədə artımı 27 illik minimumu yeniləyib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Belə ki, hesabat dövründə Çində iqtisadi artım 6,3% təşkil edib ki, bu da 1992-ci ilin mart ayından bəri ən aşağı həddir. Ekspertlərin sözlərinə görə, hətta qlobal iqtisadi böhran dövründə bu rəqəm 6,4%-dən aşağı olmayıb. Yaranmış vəziyyət ABŞ-ın Çinə tətbiq etdiyi sanksiya ilə əlaqələndirilir. Çin rəsmiləri isə bu ilin yekununda ÜDM-in artımının 6-6,5% olacağını bildirir. 

Son xəbərlər

Orphus sistemi