Çinin "Geely" şirkəti "Saxo Bank"ın nəzarət paketini almaq istəyir

Çinin "Geely" şirkəti "Saxo Bank"ın nəzarət paketini almaq istəyir "Geely" 2017-ci ildə "Proton" və "Lotus" şirkətlərində önəmli pay alıb
Maliyyə
20 Oktyabr , 2017 20:18
Çinin Geely şirkəti Saxo Bankın nəzarət paketini almaq istəyir

Bakı. 20 oktyabr. REPORT.AZ/ Çinin "Geely Holding Group" şirkəti Danimarkanın "Saxo Bank" internet bankındakı payını 51,5%-ə çatdırmaq istəyir. 

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı "Saxo Bank" yayıb.

Bankın rəsmi xəbərində qeyd olunub ki, Çinin avtomobil istehsalçısı olan "Geely" şirkəti 2017-ci ilin may ayında "Saxo Bank"ın səhmlərinin 30%-ni alacağını açıqlayıb. Daha sonra Çin şirkəti Bankın səhmlərinin daha 21,5%-ni almaq istədiyini bildirib. Hazırda hər iki tərəf anlaşmanın tamamlanması üçün tənzimləyicilərin təsdiqini gözləyir.

"Saxo Bank"ın 51,5% səhm paketinin qiymətinin 800 mln. ABŞ dollarından çox olduğu bildirilir. 

Xatırladaq ki, "Geely" şirkəti 2017-ci ildə Malayziyanın "Proton" avtomobil istehsalçısının 49,9% səhmini, Britaniyanın "Lotus" şirkətinin isə 51% səhmini alıb.

Son xəbərlər

Orphus sistemi