​Çinin borcu rekord həddə çatıb

​Çinin borcu rekord həddə çatıb Çinin qabaqcıl sənaye şirkətlərinin 2015-ci ildə məcmu mənfəəti 1 trln. dollar azalıb
Maliyyə
26 Aprel , 2016 11:48
​Çinin borcu rekord həddə çatıb

Bakı. 26 aprel. REPORT.AZ/ Bu ilin ilk rübünün sonuna Çinin məcmu borcu ÜDM-in 237%-nə qədər yüksəlib. "Report"un "The Financial Times"a istinadən verdiyi xəbərə görə, iqtisadçılar arasında keçirilən sorğuya əsasən, borcun kəskin artması və inkişaf etməkdə olan ölkələr arasında yüksək olması bu ölkədə maliyyə böhranı və ya ən azından iqtisadi artım tempinin zəifləməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, 2016-cı ilin martında Çin hökuməti maliyyə sistemi vasitəsilə iqtisadiyyata 1 trln. yuana (150 mlrd. dollar) qədər vəsait axıdıb. Ümumilikdə isə hökumət tərəfindən ilk rübdə iqtisadiyyata pul vəsaiti axını 2,6 trln. yuan (400 mlrd. dollar) təşkil edib. Nəticədə, Çinin daxili və xarici borcu 163 trln. yuana və ya 25 trln. dollara qədər yüksəlib.

İlk rübdən sonra Çinin məcmu borcu inkişaf etmiş ölkələrin borcuna çatıb. Beynəlxalq Hesablaşmalar Bankının (BİS) məlumatına əsasən, qabaqcıl iqtisadiyyata malik ölkələrin orta hesabla borclarının ÜDM-ə nisbəti 175% təşkil edir. Bu ölkələr arasında borcun ÜDM-də payına görə lider Yaponiya (379%), Yunanıstan (300%), İngiltərə (245%), ABŞ (244%) liderlik edir.

"Goldman Sachs"ın baş investisiya eksperti Xa Ciminin sözlərinə görə, borcu bu qədər kəskin artan hər hansı bir böyük ölkə ya maliyyə böhranı, ya da iqtisadi zəifləmə ilə üzləşməli idi: "Lakin 2015-ci ilin yekununda Çin iqtisadiyyatı 6,9% artıb. Bu, son 25 ilin ən aşağı göstəricisi olub. Fevralda Çinin İnkişaf və İslahatlar üzrə Milli Komissiyası 2016-cı ildə ÜDM üçün 6,5-7% artım hədəfini açıqlayıb. Rəsmi statistika əsasən, Çinin qabaqcıl sənaye şirkətlərinin 2015-ci ildə məcmu mənfəəti 6,4 trln. yuan və ya 1 trln. dollar azalıb. Buna səbəb isə qlobal tələbin azalması və bunun nəticəsində Çin şirkətlərinin istehsalı azaltması və qiymətləri aşağı salması olub".

Son xəbərlər

Orphus sistemi