Çindən ötən il bitkoinlər vasitəsilə külli miqdarda vəsait çıxarılıb

Çindən ötən il bitkoinlər vasitəsilə külli miqdarda vəsait çıxarılıb PBOC banklara kriptovalyuta ilə əməliyyat qadağası qoyub
Maliyyə
10 Fevral , 2017 20:44
Çindən ötən il bitkoinlər vasitəsilə külli miqdarda vəsait çıxarılıb

Bakı. 10 fevral. REPORT.AZ/ Çindən ötən ildə rəqəmsal valyutalar vasitəsilə 2 mlrd. ABŞ dolları kapital çıxarılıb. 

"Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə qiymətləndirmə "Chain Analysis" araşdırma şirkəti tərəfindən aparılıb. Şirkətin ekspertləri ötən ilin ilk yarısında dünya bitkoin köçürmələrinin 42%-nin Çində həyata keçirildiyini bildiriblər.

Çin Mərkəzi Bankının (PBOC) qərarı ilə dünən ölkənin 3 ən iri kriptovalyuta birjasının fəaliyyətinə məhdudiyyətlər qoyulub. "BTC China" bankı öz bitkoin siyasətinə yenidən baxılması üçün 72 saat ərzində əməliyyatları dayandırarkən, "Huobi" və "OKCoin" bankı isə ümumiyyətlə, əməliyyatları dayandırıb. PBOC-un bu qərarından sonra dünya birjalarında bitcoinin qiyməti 7,8% azalaraq 977 dollara enib. Buna baxmayaraq, son 12 ay ərzində bitkoin 120 % bahalşma göstərib.

Son xəbərlər

Orphus sistemi