Çindən kapital axını davam edir

Çindən kapital axını davam edir Kapital axını rekord səviyyəyə yaxın olub
Maliyyə
19 Yanvar , 2017 11:32
Çindən kapital axını davam edir

Bakı. 19 yanvar. REPORT.AZ/ 2016-cı ildə Çindən kapital axını 728 mlrd. ABŞ dolları təşkil edib. 

"Report","Financial Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın "Standard Chartered" bankı açıqlayıb. 

Məlumata görə, bu, 2015-ci illə müqayisədə 2,2% azdır. Xatırladaq ki,  2015-ci ildə Çindən rekord həcmdə - 744 mlrd. ABŞ dolları məbləğində kapital axını baş verib. 

Qeyd edək ki, Çinin valyuta ehtiyatları 2017-ci il yanvarın 1-nə 3,01 trln. dollar təşkil edib. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 41 mlrd. dollar azalıb. 

Son xəbərlər

Orphus sistemi