​Çində problemli kreditlərin həcmi rəsmi statistikanı 9 dəfə üstələyir

​Çində problemli kreditlərin həcmi rəsmi statistikanı 9 dəfə üstələyir Problemli kreditlər ÜDM-in 7%-nə yüksəlib
Maliyyə
9 May , 2016 10:00
​Çində problemli kreditlərin həcmi rəsmi statistikanı 9 dəfə üstələyir

Bakı. 9 may. REPORT.AZ/ Çində problemli kreditlərin faktiki həcmi rəsmi rəqəmlərdən 9 dəfə çox, yəni təqribən 1 trln. dollardan artıqdır. "Report" xəbər verir ki, Çinin "CLSA Ltd." broker şirkətinin hesabatına görə, səhmləri Çin fond birjasında tədavüldə olan şirkətlərin problemli kreditlərinin həcmi 6,9 trln. yuan (1,1 trln. dollar) ilə 9,1 trln. yuan (1,45 trln. dollar) arasındadır. 

Şirkətin Honq-Konq şöbəsinin Strategiya Departamentinin müdiri Frensis Çeunq qeyd edib ki, problemli kreditlər 2015-ci ilin yekununda məcmu kreditlərin 15-19%-ni təşkil edib. Lakin Çinin rəsmi məlumatlarına əsasən, bu göstərici 1,67%-ə bərabər olub. Hesabatdakı proqnozlar Çin fond birjasındakı şirkətlərin hesabatları və ehtimallara əsaslanıb. 

Qeyd edək ki, daha əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) Çindəki problemli kreditlərin həcminin 1,3 trln. dollar səviyyəsində olduğunu və bunun ÜDM-in 7%-ni təşkil etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi