Yuxarı

Çində rekord həcmdə büdcə kəsiri qeydə alınıb

Çində rekord həcmdə büdcə kəsiri qeydə alınıb
Büdcə kəsiri proqnozları 30% üstələyibb

Bakı. 23 yanvar. REPORT.AZ/ Çinin 2016-cı il büdcə kəsiri 2,83 trln. yuan və ya 413 mlrd. ABŞ dolları təşkil edib.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu, indiyədək baş tutan ən iri həcmli büdcə kəsiridir. Ümumiyyətlə, Çin hökümətinin nəzərdə tutduğu büdcə kəsiri 2,18 trln. yuan və ya 318 mlrd. dollar olub. Nəticədə fakt proqnozu 29,8% üstələyib.

Agentliyin məlumatında deyilir ki, büdcə xərcləri illik müqayisədə 6,4%, gəlirlər isə yalnız 4,5% artıb. Buna səbə Çin hökümətinin iqtisadi artımı stimullaşdırmaq üçün xərcləri artırması olub. 

Qeyd edək ki, 2016-cı ildə Çinin iqtisadi artımı 6,7%-lə son 23 ilin minimumuna enib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi