​Çində problemli kreditlərin həcmi kəskin artıb

​Çində problemli kreditlərin həcmi kəskin artıb Problemli kreditlərin artımı özəl banklarda 17 rüb davam edir
Maliyyə
12 Yanvar , 2016 17:10
​Çində problemli kreditlərin həcmi kəskin artıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Çində problemli kreditlərin ümumi həcmi 2015-ci il ərzində 520 mlrd. yuan və ya 79,2 mlrd. dollar artaraq 1,95 trln. yuana (296,8 mlrd. dollar) çatıb. 

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, Çin Bank Tənzimləmə İdarəsinin verdiyi məlumata əsasən, problemli kreditlər 2014-cü ildə 257,4 mlrd. yuan (39,2 mlrd. dollar) artaraq 1,43 trln. yuan (218 mlrd. dollar) olub.

Agentliyin əldə etdiyi məlumata əsasən, Çin Bank Tənzimləməsi İdarəsinin rəhbəri Şanq Fulin bildirib ki, ölkənin bank sektorunda problemli kreditlər 10 rüb, kommersiya banklarında isə 17 rübdür ardıcıl artır.

Qeyd edək ki, Çin bankları əvvəllər problemli kreditlərin həcmini az göstərməkdə ittiham olunub.

Ş.Fulin Çin banklarının gəlirlərinin 2011-ci ildə 39,5%, 2014-cü ilin yekununda isə 2,3% artdığına diqqət çəkib. Problemli kreditlərin isə 2011-ci ildə 1,05 trln. yuan (160 mlrd. dollar), 2015-ci ildə isə 1,95 trln. yuan (296,8 mlrd. dollar) olduğunu qeyd edib: "Dərhal borcların yenidən maliyyələşdirilməsini həyata keçirməli, borc problemi olan şirkətlərə yardım etməliyik".

Qeyd edək ki, Çində ÜDM-in həcmi 2015-ci ildə 11,085 trln. dollar təşkil edib. Yəni 2016-cı il yanvarın 1-nə problemli kreditlərin ÜDM-də xüsusi çəkisi 2,7%-ə çatıb.

Son xəbərlər

Orphus sistemi