Yuxarı

​Çində korporativ problemli borclar ÜDM-in 7%-nə yüksəlib

Korporativ borclar ÜDM-in 145%-nə çatıb və bunun 55%-i dövlət müəssisələrinin payına düşür

Bakı. 11 iyun. REPORT.AZ/ Çində problemli korporativ borclar səbəbindən bankların məcmu itkiləri ÜDM-in 7%-ni təşkil edə bilər. "Report"un verdiyi xəbərə görə,  bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) müdir müavini Devid Lipton (David Lipton) Çinin Şenjen (Shenzhen) şəhərində çıxışı zamanı məlumat verilib. 

D.Liptonun sözlərinə görə, Çində korporativ borc ÜDM-in 145%-nə bərabərdir ki, bu da hər bir halda çox yüksək göstəricidir. BVF-nin hesablamalarına görə, bu borcun 55%-i dövlət müəssisələrinin payına düşür.

"Çində iqtisadi artımın yavaşlaması ilə birlikdə gəlirlərin azalması və borc səviyyəsinin yüksəlməsi müşahidə olunur. Bu da şirkətlərin tədarükçülər və banklara olan borcların ödənilməsində çətinliklər yaradır. Nəticədə, getdikcə banklarda problemli kreditlərin həcmi artır", - deyə BVF təmsilçisi qeyd edib.

D.Lipton əlavə edib ki, bu, çox ehtiyatlı qiymətləndirmədir və burada "kölgə" bank sektorunun təsiri nəzərə alınmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi