Yuxarı
    Bağlamaq

    Çində iqtisadi artım 26 illik minimuma enib

    Ekspertlər: 2017-ci ildə Çin iqtisadiyyatını qeyri-müəyyənliklər gözləyir

    Bakı. 20 yanvar. REPORT.AZ/ Çin iqtisadiyyatı 2016-cı ildə 6,7% artım göstərib. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu, son 26 ilin ən aşağı ÜDM-in illik  artımı göstəricisidir. Qeyd edək ki, 2015-ci ildə Çində 6,9%-lik iqtisadi artım baş verib. 

    Bu barədə Çin Dövlət Statistika Bürosu xəbər verib. 

    Çindəki iqtisadi artım tempi hökumətin proqnozları ilə üst-üstə düşüb. Nəticədə, Çin ÜDM-i 2016-cı ildə 74,41 trln. yuan və ya 10,84 trln. ABŞ dolları təşkil edib. 

    "Reuters"ə görə, Çin iqtisadiyyatında dayanıqlı artıma baxmayaraq, 2017-ci il üçün iqtisadi artımı təhlükələr gözləyir. Çin hökumətinin iqtisadi stimullaşdırma səylərinin effektivliyi də şübhə altındadır. Çinə əsas zərbə ABŞ-la yarana biləcək ticarət müharibəsi səbəbindən ixracının azalması amili göstərilir. Yuanın dəyərdən düşməsi və valyuta ehtiyatlarının azalmasının da ÜDM artımına mənfi təsir göstərəcəyi gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi