Çində böyük kriptovalyuta dələduzluğunun üstü açılıb

Çində böyük kriptovalyuta dələduzluğunun üstü açılıb Bakı. 19 aprel. REPORT.AZ/ Çinin Şensi əyalətinin polisi 86 mln. yuanlıq (13 mln. dollarlıq) kriptovalyuta dələduzluğu ilə bağlı 9 nəfəri saxlayıb.
Maliyyə
19 Aprel , 2018 17:22
Çində böyük kriptovalyuta dələduzluğunun üstü açılıb
CNBC

Bakı. 19 aprel. REPORT.AZ/ Çinin Şensi əyalətinin polisi 86 mln. yuanlıq (13 mln. dollarlıq) kriptovalyuta dələduzluğu ilə bağlı 9 nəfəri saxlayıb.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, onlar ölkənin 31 əyalətindən 13 min nəfəri piramida yolu ilə aldadıblar. 

Fırıldaqçılar martın 28-dən bəri Çinin müxtəlif bölgələrində tədbir keçirəcək insanlara "Datang Coin" (DBTC) adlı kriptovalyutanı almağı təklif ediblər. İlkin mərhələdə onlara 3 mln. yuan (təxminən, 480 min dollar) ödənilib. Həmin investorlara gündəlik 80 min yuan (13 min dollar) gəlir vəd olunub. 

Fırıldaqçılar o qədər peşəkar işləyiblər ki, martın 20-də “China Daily” rəsmi qəzetində “DBTC kriptovalyutasının dövriyyəyə buraxılmasının təqdimat mərasimi” adlı məqalə də dərc etdiriblər. 

Polisin araşdırması nəticəsində isə məlum olub ki, belə bir kriptovalyuta mövcud deyil. Fırıldaqçılar xarici vətəndaşa özünü olmayan bir şirkətin rəhbəri kimi təqdim etmək üçün 30 min yuan (4,8 min dollar) ödəyiblər. Həmin şəxsin kimliyi məlum deyil. Xüsusi əməliyyat nəticəsində fırıldaqçılara məxsus 42 bank hesabı dondurulub. Həmin hesablarda 86 mln. yuan olub. 

Son xəbərlər

Orphus sistemi