Yuxarı

Çində 2018-ci il üzrə inflyasiya 2,1% təşkil edib

Çində 2018-ci il üzrə inflyasiya 2,1% təşkil edib

3758

Bakı. 10 yanvar. REPORT.AZ/ Çində istehlak qiymətləri indeksi (CPI) 2018-ci ildə 2017-ci ilə nisbətdə 2,1% artıb.

"Report" xəbər verir ki, bunu Dövlət Statistika İdarəsinin məlumatları təsdiqləyir.

Göstəricilər hökumətin gözlədiyi 3% səviyyəsindən aşağı olub.

Dekabr ayında istehsal qiymətləri indeksi (PPI) isə 2017-ci ilin analoji dövri ilə müqayisədə 0,8% artıb.

Dövlət Statistika İdarəsinin məlumatına istinadən, dekabrda səhiyyə xidmətləri 2,5%, təhsil, mədəniyyət və istirahət tədbirləri 2,3%, mənzil 2,2% artıb, nəqliyyat və kommunikasiya qiymətləri 0,7% faiz ucuzlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi