Çin son 13 ildə ilk dəfə dollar istiqrazları buraxacaq

Çin son 13 ildə ilk dəfə dollar istiqrazları buraxacaq İstiqrazlar hələlik kredit reytinqi olmadan dövriyyədə olacaq
Maliyyə
26 Oktyabr , 2017 20:13
Çin son 13 ildə ilk dəfə dollar istiqrazları buraxacaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ Çin 2004-cü ildən bu günədək ilk dəfə olaraq dollar istiqrazlarının yerləşdirilməsinə start verib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, 5 illik istiqrazlar ABŞ-ın analoji maliyyə alətinə 30-40 baza bəndi fərqlə, 10 illik istiqrazlar isə 40-50 baza bəndi fərqlə emissiya olunacaq.

Qeyd edək ki, bu qərar Çin Kommunist Partiyasının 5 ildən bir keçirdiyi qurultayından sonra baş verib. Qurultayda çıxış edən partiya rəhbəri Si Tsinpin yaxın 3 ildə Çini dünyanın ən güclü ölkəsinə çevirmək istədiyini və qlobal təşəbbüslər çərçivəsində Asiya, Avropa və Afrika ilə əməkdaşlığını dərinləşdirərək davam etdirəcəyini açıqlayıb.

İstiqrazların 1 mlrd. dollar kimi kiçik həcmdə olmasını təhlil edən analitiklər bildiriblər ki, emissiya simvolik xarakter daşıyır və əsas məqsəd Çinin valyuta istiqrazlarının istiqamətini müəyyən etməkdir.

İstiqrazlar hələlik reytinqsiz olacaq. Buna səbəb son emissiyadan sonra 13 il kimi uzun fasilənin olmasıdır. Hazırda Çinin qlobal bazarlarda 11 mlrd. dollarlıq istiqrazı var. Çin, əsasən, yuanda borclanmağa üstünlük verib. 

Son xəbərlər

Orphus sistemi