Çin şirkəti ARDNF-dən 100 mln. dollar investisiya əldə edib

Çin şirkəti ARDNF-dən 100 mln. dollar investisiya əldə edib Şirkət həmçinin "Cambridge Industrial Trust" və "Oxley Group"un səhmlərinin 80%-ni alıb
Maliyyə
13 Fevral , 2017 09:37
Çin şirkəti ARDNF-dən 100 mln. dollar investisiya əldə edib

Bakı. 13 fevral. REPORT.AZ/ Asiyanın logistika operatoru olan “e-Shang Redwood” şirkətinə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Yaponiyadakı mal deposunun inşası layihəsi üçün 100 mln. ABŞ dolları məbləğində investisiya ayrılıb. "Report" xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Məlumata görə, bir ay öncə Çinin “GF International Investment Management Ltd.”, “Huarong International”, “China Everbright Ltd.” və “CMBC International” şirkətləri “e-Shang Redwood”a 300 mln. ABŞ dolları həcmində investisiya yatırıb.

Şirkət həmçinin “National Australia Bank”dan “Cambridge Industrial Trust”ın və investisiya şirkəti olan “Oxley Group”un səhmlərinin 80%-ni alıb.

ARDNF-in icraçı direktoru Şahmar Mövsümov isə deyib ki, bu investisiya Fondun strategiyasına uyğundur: “Yaponiyada daşınmaz əmlak sahəsinin inkişaf etməsini Osaka və Tokio kimi şəhərlərdə e-kommersiya sənayesinə tələbatın artması bir daha sübuta yetirir və bu strategiya bizim mövcud daşınmaz əmlak portfelimizə tam uyğundur".

Son xəbərlər

Orphus sistemi