​Çin Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

​Çin Mərkəzi Bankı uçot dərəcəsini azaldıb Bu, ilin əvvəlindən artıq 5-ci analoji qərardır
Maliyyə
25 Avqust , 2015 17:22
​Çin Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Bakı. 25 avqust. REPORT.AZ/ Çin Mərkəzi Bankı (ÇMB) iqtisadiyyata dəstək olmaq və maliyyələşməni stimullaşdırmaq məqsədilə uçot faiz dərəcəsi və məcburi ehtiyat normasını endirib.

"Report" xəbər verir ki, ÇMB əsas kredit dərəcəsini 25 bənd - 4,6%-dək, məcburi ehtiyat normasını 50 bənd - 18%-dək azaldıb. Bununla yanaşı, birillik depozitin gəlirliyi 25 bənd azaldılaraq 1,75% səviyyəsində məhdudlaşdırılıb. Bununla da Mərkəzi Bank son bir ildə uçot dərəcəsini artıq 5-ci dəfə azaldır.

Qeyd edək ki, yeni uçot və depozit dərəcələri sabah, avqustun 26-dan, kreditləşmə üzrə ehtiyat norması isə sentyabrın 6-dan qüvvəyə minir.

Xatırladaq ki, Şanxay Fond Birjasında ötən gün 2007-ci ildən sonra ilk dəfə olaraq 8,6%-lik azalmadan sonra, indeks bu gün daha 7,63% geriləyib.

Son xəbərlər

Orphus sistemi