Çin iqtisadiyyatında gözlənilməz nəticələr qeydə alınıb

Çin iqtisadiyyatında gözlənilməz nəticələr qeydə alınıb İqtisadi artım gözləntiləri üstələyib
Maliyyə
17 Aprel , 2017 13:34
Çin iqtisadiyyatında gözlənilməz nəticələr qeydə alınıb

Bakı. 17 aprel. REPORT.AZ/ Çin iqtisadiyyatı 2017-ci ilin ilk rübündə illik müqayisədə 6,9% artım göstərib. "Report" "İnvesting.ru" saytına istinadən xəbər verir ki, bu, "Bloomberg" agentliyinin iqtisadçılar arasında apardığı proqnoz sorğunun nəticəsindən 0,1 faiz bəndi çoxdur. Xatırladaq ki, 2016-ci ildə Çin iqtisadiyyatı 6,7% artım göstərib və bu, son 26 ilin ən pis göstəricisi olub.

Həmçinin, açıqlanan iqtisadi göstəricilər arasında Çində 2017-ci ilin ilk rübündə əsas kapitala investisiyalar illik müqayisədə 9,2% artıb. Proqnozlara əsasən, əsas kapitala investisiyaların 8,8% artacağı gözlənilirdi.

Sənaye istehsalının həcmi isə 2017-ci ilin ilk rübündə 6,3% illik artım proqnozu əvəzində 7,6% yüksəlib. Pərakəndə satışın həcmində isə 9,6% artım proqnozuna qarşı 10,9%-lik yüksəlmə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi