Yuxarı
    Bağlamaq

    Çin İranın neft emalı zavoduna 3,6 mlrd. dollar sərmayə qoyacaq

    İran Avstriya və Hollandiya şirkətləri ilə anlaşma imzalayıb

    Bakı. 15 fevral. REPORT.AZ/ Çin İranın "Masjed Soleyman Petrochemical İndustries Co."(MİS) neft-kimya şirkətinin neft emalı zavoduna 3,6 mlrd. ABŞ dolları invesitisiya qoyacaq. 

    "Report", RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Mehr News Agency" agentliyi xəbər yayıb. Bu barədə anlaşma Çinin "Wuhan Company" və MİS tərəfindən imzalanıb. Anlaşmanın imzalanmasında İranın Kooperativlər, Əmək və Sosial Təminat işləri üzrə naziri Əli Rabei də iştirak edib.

    Bundan başqa, digər ölkələrlə birgə müəssisələr yaradılması ilə bağlı daha bir neçə anlaşma imzalanıb. İran tərəfi Avstriya şirkəti ilə qida sənayesində, Hollandiya şirkətləri ilə xammal təchizatı və uşaq qidaları istehsalı sahəsində anlaşma imzalayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi